6000 manatlıq cəriməsi olduğunu öyrəndi: Polisə tabesizlik göstərdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:21 Bakı aeroportunda qonaq qarşılayan "dinozavr" marağa səbəb oldu - VİDEO  |     15:07 Moskvadakı partlayışda erməniəsilli federasiya rəhbəri ağır yaralandı  |     15:06 Azərbaycan həkimlərin reklamına qadağa qoyulması təklif olunub  |     15:05 Sosial müavinət və təqaüdlərin nə vaxtdan artacağı məlum oldu  |     15:04 Azərbaycanın dövlət büdcəsi yanvarda proqnozdan artıq icra edilib  |     15:01 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Ətin qiyməti ucuzlaşdı (VİDEO)  |     14:56 Bu rayonlarda polis postları quruldu  |     14:55 Türkiyədə dərman fabrikində qorxunc partlayış  |     14:53 İtkin şəhidin məzarı 32 il sonra TAPILDI  |     14:52 Ermənistan-İran sərhədində Rusiya bayraqları yığışdırılıb  |     14:50 "ChatGPT"nin yeni möhtəşəm funksiyası gəlir - VİDEO  |     14:39 Milli Məclis üç ölkənin imzaladığı sazişi ratifikasiya etdi  |     14:38 Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 55 nəfərin cəsədi müəyyən edilib  |     14:37 Bu ilin yanvar ayında dəyəri 3 milyon manatdan çox olan qaçaqmal sərhəddən buraxılmayıb  |     14:36 350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb  |     14:34 Suriyada içində bomba olan avtomobil partladıldı: Çox sayda ölən və yaralanan var  |     14:33 Narkotikə görə saxlanılan şəxslərə AĞIR CƏZA  |     14:31 Rusiya Xəzər dənizi üzərində Ukrayna ordusuna məxsus PUA-nı vurdu  |     14:30 Sabah güclü külək əsəcək  |     14:29 İtaliya nəhəngi "Qalatasaray"ın müdafiəçisi Viktor Nelssona elçi düşüb  |    

6000 manatlıq cəriməsi olduğunu öyrəndi: Polisə tabesizlik göstərdi - VİDEO

Ağcabədi rayon sakini Səməd Həsənovun idarə etdiyi "HOWO" markalı yük avtomobili Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hacıqabul rayonu ərazisində yerləşən stasionar postunda nəzarət qaydasında saxlanılıb.

Bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı sürücünün avtomobili icazə verilən kütlə parametrlərini aşmaqla idarə etməklə yanaşı, törətdiyi inzibati xətalara görə 6000 manata yaxın ödənilməmiş cərimə borcunun olması müəyyən edilib:

"Lakin, məsuliyyətdən yaxa qurtarmaq, törətdiyi qanunazid əməlləri cəmiyyətə yanlış yöndə təqdim etmək məqsədi güdən Səməd Həsənov sonradan posta gələrək süni gərginlik yaratmağa çalışıb, onu intizama dəvət edən Yol Patrul Xidməti əməkdaşlarına tabesizlik göstərib. Saxlanılaraq məsuliyyətə cəlb olunan S.Həsənov məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu qeyd edir və bir daha belə şəxslərə qarşı qanunvericiliyə uyğun kəsərli tələblərin görüləcəyini bildirir".скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            435 24.10.24 15:48