Bəraət aldıqdan 10 ay sonra həbs edildilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |    

Bəraət aldıqdan 10 ay sonra həbs edildilər

Qohumunun avtomobilini yandırmağı sifariş verməkdə və sifarişi icra etməkdə ittiham olunan, lakin məhkəmədə bəraət alan iki nəfər 10 ay sonra həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar qəbul edib.

Hakimlər elə qənaətə gəliblər ki, Bakı Hərbi Məhkəməsinin hökmü işin faktiki halları və göz önündə olan əsaslı sübutlarla uyğun gəlmir.

Məlumat üçün deyək ki, cinayət hadisəsi 7 il əvvəl - 2017-ci ildə baş verib.

Həmin vaxt hüquq-mühafizə orqanlarından birində sürücü işləyən Fariz Yunisov tanışı Anar Qasımova qohumunun avtomobilini yandırmağı sifariş verib. Bunun qarşılığında isə ona min manat vəd verib. Anar razılaşmadan sonra zərərçəkmişin evinin qarajındakı "Mercedes-Benz" markalı avtomobilin üstünə 1 litr benzin tökərək yandırıb. Hadisə vaxtı zərərçəkmişin evinin də bir hissəsi yanıb.

İlkin istintaq vaxtı Anar əməlini etiraf etsə də, məhkəmədə nə kimdənsə sifariş aldığını, nə də sözügedən cinayəti törətdiyini boynuna alıb. Sifarişçi kimi mühakimə edilən digər şəxs də özünü təqsirli bilməyib. Onlar avtomobilin elektrik naqillərindəki qısaqapanma nəticəsində alışdığını deyiblər.

Birinci instansiya məhkəməsinin hakimləri təqsirləndirilən şəxslərin səmimiyyətinə inanıblar. "Cinayət hadisəsi yoxdur!" - elan edilərək hər iki müttəhimin bəraətinə hökm verilib.

Bakı Apellyasiya Məhkəməsində Emin Mehdiyevin sədrlik etdiyi hakimlər isə prokurorun sübutlarını əsaslı hesab ediblər.

Qərara əsasən, bəraətverici hökm tamamilə ləğv edilib. Fariz Yunisov 3 il, Anar Qasımov isə 4 il müddətinə azadlıqdan məhrum olunublar. Onlar məhkəmə zalında dərhal həbs ediliblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            222 24.10.24 11:43