"Azərbaycan Dəmir Yolları"nın daha bir maşinisti 20 455 manatlıq yanacaq satıb - HÖKM » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:22 Polis Kaliforniyadakı təxliyə zonalarında 68 nəfəri saxlayıb  |     21:09 Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi  |     21:05 Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevə qarşı yeni ittiham: Həbs müddəti uzadıldı  |     20:51 Rusiya Estoniya XİN-in vitse-kanslerini qara siyahıya salıb  |     20:39 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     20:24 Ermənistanda deputat öldü  |     20:07 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     19:22 Tibetdə daha bir güclü zəlzələ baş verib  |     17:55 Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu  |     17:47 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:26 İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib  |     15:53 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:19 Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi  |     14:06 Magistr olmaq istəyənlərin nəzərinə!  |     13:45 Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)  |     13:41 Goranboyda iki bacı tüstüdən zəhərlənib  |     13:39 Aeroportda unudulmuş baqajları dörd manata satırlar? - AÇIQLAMA  |     13:34 Bəxtiyar Hacıyevə 10 il həbs cəzası verildi  |     12:38 Salyanda ərini doğrayıb kanala atmaqda şübhəli bilinən qadın sərbəst buraxılıb, təqsirləndirilən var  |     12:35 Azərbaycana yük gətirən gəminin heyəti maaşlarını ALA BİLMİR - İDDİA (VİDEO)  |    

"Azərbaycan Dəmir Yolları"nın daha bir maşinisti 20 455 manatlıq yanacaq satıb - HÖKM

Salyan Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və mənimsəmədə təqsirləndirilən Emil Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vəsilə Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Emil Əsədova 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, Emil Əsədov "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Salyan lokomotivlərinin idarə olunması sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyib. O, ezam olunduğu Ucar-Hacıqabul-Ucar və Ucar-Yevlax-Ucar istiqamətləri üzrə 2022-ci ilin may ayından 2023-cü ilin fevral ayınadək olan dövrdə lokomotivlərin hərəkətinin təmin edilməsi üçün QSC tərəfindən ayrılmış yanacaq və yağın, yəni həmin cəmiyyətə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə talayıb. Emil bu məqsədlə lokomotivlərdə hərəkət marşrutunun yerinə yetirilməsi üçün kifayət qədər yanacaq və yağın olmasına baxmayaraq, marşrut vərəqələrinə həqiqətə uyğun olmayan marşrutlar qeyd edilməsi ilə müvafiq həqiqətə uyğun olmayan marşrutlar üzrə nəzərdə tutulmuş yanacaq və yağın təminat məntəqəsindən götürərək, Ucar, Yevlax və Hacıqabul rayonu ərazisində müxtəlif şəxslərə satıb.

O bu yolla 20 455 manat pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talayıb.

İstintaq dövründə Emil Əsədovun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, daha əvvəl QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsində işləmiş Cəmil Cəmilov (şərti) eyni üsulla yanacağı Gəncə şəhəri və Ağstafa rayonu ərazisində müxtəlif şəxslərə 6 359.26 manata satıb gəlir əldə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            297 17.10.24 16:01