Keçmiş arvadının evinə gizli girdi - Cinayət işi açıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:31 Biləsuvar məcburi köçkün qəsəbələrindən daha 20 ailə Cəbrayıla köçürülüb  |     21:22 Polis Kaliforniyadakı təxliyə zonalarında 68 nəfəri saxlayıb  |     21:09 Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi  |     21:05 Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevə qarşı yeni ittiham: Həbs müddəti uzadıldı  |     20:51 Rusiya Estoniya XİN-in vitse-kanslerini qara siyahıya salıb  |     20:39 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     20:24 Ermənistanda deputat öldü  |     20:07 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     19:22 Tibetdə daha bir güclü zəlzələ baş verib  |     17:55 Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu  |     17:47 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:26 İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib  |     15:53 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:19 Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi  |     14:06 Magistr olmaq istəyənlərin nəzərinə!  |     13:45 Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)  |     13:41 Goranboyda iki bacı tüstüdən zəhərlənib  |     13:39 Aeroportda unudulmuş baqajları dörd manata satırlar? - AÇIQLAMA  |     13:34 Bəxtiyar Hacıyevə 10 il həbs cəzası verildi  |     12:38 Salyanda ərini doğrayıb kanala atmaqda şübhəli bilinən qadın sərbəst buraxılıb, təqsirləndirilən var  |    

Keçmiş arvadının evinə gizli girdi - Cinayət işi açıldı

Ağstafa rayonunda keçmiş həyat yoldaşının yaşadığı evə icazəsiz daxil olan şəxsə cinayət işi açılıb.

"Qafqazinfo" xəbər verir ki, rayonun Vurğun qəsəbə sakini 1986-cı il təvəllüdlü Mamed Hacıyev Cinayət Məcəlləsinin 157.1-ci (Mənzil toxunulmazlığını pozma) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Bildirilib ki, bir müddət əvvəl M.Hacıyev həyat yoldaşından rəsmən boşanıb. Qadın bundan sonra Həsənsu kəndində anasından miras qalmış evdə yaşamağa başlayıb. M.Hacıyev isə boşandıqdan bir müddət sonra keçmiş arvadının yaşadığı evə gecə saat 5 radələrində gizli şəkildə daxil olub. Bunu görən qadın səs-küy salaraq onu evdən kənarlaşdırıb və polisə məlumat verib.

Ağstafa Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə M.Hacıyev Cinayət Məcəlləsinin 157.1-ci maddə üzrə təqsirli bilinib. Ona 350 saat ictimai işlər cəzası verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            153 15.10.24 12:51