Mojo.az Banner
16:43 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək  |     16:38 Borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb  |     16:30 Amin Novruzov vəfat etdi  |     16:26 Bazar gününə olan hava proqnozu  |     16:21 Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı  |     16:13 Çində qasırğaya görə 600 min nəfər təxliyə edilib  |     16:08 Axtarışda olan 149 nəfər saxlanıldı  |     16:01 Türkiyədə hoteldə yanğın: 12 nəfər yaralandı  |     15:51 Bakı və Abşeronda su sistemləri təkmilləşdirilir  |     15:43 Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib  |     15:32 Azərbaycanda qadınlarla kişilərin maaşı arasında ciddi FƏRQ  |     15:06 Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı  |     15:02 Pul üstündə tanışlıq elanı yazanlara cəza xəbərdarlığı — Açıqlama  |     14:48 Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunur  |     14:40 Ombudsman: Erməniəsilli məhbuslarla bağlı iddialar əsassızdır  |     14:39 Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? - VIDEO  |     14:33 Hövsanda qadın avtomobilə hücum etdi, zərbələr endirdi – VİDEO  |     14:24 Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi  |     14:15 Biləsuvarda toydan gələn piyadanı vuraraq öldürən avtomobilin sürücüsü SAXLANILDI (Yenilənib)  |     14:14 Azərbaycan nefti ucuzlaşıb  |    
Left Banner
Right Banner

Tələbə qıza əxlaqsız təkliflər edən kişi həbs edildi

12.10.2024 18:29 1 902
Tələbə qıza əxlaqsız təkliflər edən kişi həbs edildi
Bakıda tələbə qıza mesajlar yazaraq ona əxlaqsız təkliflər edən şəxs məsuliyyətə cəlb edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, oktyabrın 7-si Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə müraciət edən Sosial-İqtisad Kollecinin tələbəsi A.Nemətova (şərti soyadlı) Fikrət adlı şəxsin ona nalayiq mesajlar yazdığını və hədələdiyini bildirib.

Şikayətçi ərizəsində həmin şəxsin müxtəlif vasitələrlə onu narahat etdiyini deyib:

"İki gün əvvəl "Telegram" tətbiqindən Fikrət adlı şəxs mənə yazaraq təhsil aldığım kollecdə məni gördüyünü və tanış olmaq istədiyini bildirmişdi. Mən ona etirazımı bildirdikdə bu dəfə "Instagram"dan narahat etməyə başladı. Fərqli hesablardan yazaraq qeyri-etik ifadələr işlədib, mənə əxlaqsız təkliflər edib. 7 oktyabr 2024-cü il tarixdə təhsil aldığım kollecdə dərs zamanı yenidən yazaraq və dəfələrlə zəng vuraraq narahat edib. Məni hədələyərək kollecdən kənarda gözlədiyini bildirib. Həmin şəxsə onu polisə verəcəyimi deyəndə isə bundan çəkinmədiyini söyləyib. Onun bu əməlləri məndə çox böyük psixoloji təsir yaradıb".

Müraciət əsasında araşdırma aparılıb və 1994-cü il təvəllüdlü Fikrət Mehdiyev saxlanılıb. Onun barəsində polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə 30 yaşlı F. Mehdiyevə dörd sutka inzibati həbs cəzası verilib.скачать dle 11.3
Mojo.az Banner