Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Çində qasırğaya görə 600 min nəfər təxliyə edilib

05.09.2026 16:13 180
Çində qasırğaya görə 600 min nəfər təxliyə edilib
Çinin Fucien əyalətində “Saudel” qasırğasının gətirdiyi leysan yağışlarının yaratdığı fəsadlar səbəbindən sahilboyu yaşayış məntəqələrindən və riskli ərazilərdən 600 min sakin təxliyə edilib.

Qasırğa ilə əlaqədar 4-cü fövqəladə hazırlıq səviyyəsi qüvvədə saxlanılıb, bundan başqa daşqınlara nəzarət üzrə 3-cü səviyyəli fövqəladə hazırlıq xəbərdarlığı aktivləşdirilib.

İlin 18-ci tayfunu olan “Saudel” sentyabrın 4-də üçüncü dəfə Fucien əyalətinin Cancou şəhərinə yaxınlaşıb və güclü külək, leysan gətirib.

Təbii fəlakətdən daha çox zərər çəkmiş ərazilərdə təcili xilasetmə, fəlakətlərin nəticələrinin aradan qaldırılması və bərpa işləri üçün təcili olaraq 210 milyon yuan (təxminən 31 milyon ABŞ dolları) ayrılıb.

Tayfun qonşu Ciansi əyalətinin 53 rayonunda 123 minə yaxın sakinə də təsir göstərib, 8700 nəfərin təcili təxliyəsinə səbəb olub. Əyalətdə baş verən sürüşmə nəticəsində bir nəfər ölüb, 11 nəfər dağıntı və axın altında qalıb.
скачать dle 11.3
Mojo.az Banner