İsmayıllıda polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Babək Əzizovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin işıq cihazları nasaz olduğu üçün sürücüyə “saxla” işarəsi verilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki Regional Qrupundan məlumat verilib.
Bildirilib ki, sənədləri yoxlanılarkən B.Əzizovun narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.
Məhkəmənin qərarı ilə B.Əzizovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.