İki yaşlı uşağın masaj zamanı ölməsi ilə bağlı ittiham olunan sınıqçı barəsində QƏRAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |     14:02 Günəşdə iki güclü partlayış baş verib  |     13:57 Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur?  |     13:56 "Turan Tovuz" klubunun insult keçirən baş menecerinin SON VƏZİYYƏTİ  |     13:48 Azərbaycana QIŞ GƏLDİ  |     13:44 Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?  |     13:24 2 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     13:12 Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi  |     23:04 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb  |     22:48 Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib  |     22:40 Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI  |     22:35 Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib  |     22:29 Türkiyə gələn il üçün müdafiə sənayesinə rekord məbləğdə vəsait ayırır  |     22:22 Neftçalada motosiklet kanala düşüb, ölən var  |     22:17 Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır  |     22:13 “Euronews”da Naxçıvanın qış turizmi tanıdılıb - FOTO  |    

İki yaşlı uşağın masaj zamanı ölməsi ilə bağlı ittiham olunan sınıqçı barəsində QƏRAR

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı ittiham olunan şəxsin barəsində istintaq orqanının təqdimatına baxılıb.

APA-nın məlumatına görə, Biləsuvar Rayon Məhkəməsində rayonda sınıqçı kimi tanınan Nərgiz İmanova barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Azyaşlının ailə üzvləri qərardan yuxarı instansiyaya şikayət edəcəklərini bildiriblər.

Qeyd edək ki, sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının xalq təbabəti ilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            204 09.10.24 18:36