Məhkəmə 26 il əvvəl ustanı qətlə yetirib meyiti soyuducuda gizlədən şəxslə bağlı qərar verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |     14:02 Günəşdə iki güclü partlayış baş verib  |     13:57 Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur?  |     13:56 "Turan Tovuz" klubunun insult keçirən baş menecerinin SON VƏZİYYƏTİ  |     13:48 Azərbaycana QIŞ GƏLDİ  |     13:44 Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?  |     13:24 2 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     13:12 Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi  |     23:04 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb  |     22:48 Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib  |     22:40 Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI  |     22:35 Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib  |     22:29 Türkiyə gələn il üçün müdafiə sənayesinə rekord məbləğdə vəsait ayırır  |     22:22 Neftçalada motosiklet kanala düşüb, ölən var  |     22:17 Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır  |     22:13 “Euronews”da Naxçıvanın qış turizmi tanıdılıb - FOTO  |    

Məhkəmə 26 il əvvəl ustanı qətlə yetirib meyiti soyuducuda gizlədən şəxslə bağlı qərar verib

Bakıda 26 il əvvəl qətl törətməkdə təqsirləndirilən Elnur Abbasov barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, Ali Məhkəmə Elnur Abbasov barəsində çıxarılan hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, qətl hadisəsi 1998-ci il aprelin 26-da paytaxt ərazisində yerləşən balıq hisləmə zavodunda qeydə alınıb. Zavodda qeyri-rəsmi mühafizəçi işləmiş Elnur Abbasov həmin zavodun 2 saylı sexində usta kimi çalışmış Mübariz Rəsulova aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbəsi yetirərək xüsusi amansızlıqla öldürüb. O, sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək meyiti sexdəki soyuducuya qoyub.

Aparılan istintaqla cinayətin Elnur Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilməsinə baxmayaraq, onun ölkə ərazisini tərk etməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunması mümkün olmayıb və barəsində axtarış elan edilib.

2022-ci il iyulun 1-də Elnur Abbasova 1998-ci ildə qüvvədə olan Cinayət Məcəlləsi ilə yenidən ittiham elan edilib və saxlanılıb. O, məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            291 09.10.24 18:04