Mojo.az Banner
13:04 Qafar Əliyev vəzifəsindən azad olundu  |     12:36 Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı? - Hökm dəyişdi  |     12:15 Bu gün İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək  |     12:14 Müəllimi güllələyən şagirdlə bağlı fakt: Davranış problemləri olub  |     11:59 "İdrak" liseyində güllələnən müəllimin FOTOSU  |     11:57 Bakıda 540 qram çəkidə körpə doğuldu  |     11:56 Polis liseydə müəllimi güllələyən şagirdi saxladı  |     11:50 Yevlax sakini özünə vurduğu iynədən öldü  |     11:30 "Şagird ov tüfəngini məktəbə çantasında gətirib" - "İdrak" liseyinin rəhbəri  |     11:26 Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin vəziyyəti açıqlandı  |     11:19 Bakıda liseydə dəhşət: Şagird müəllimi güllələdi (Video)  |     23:02 Magistraturaya qəbul imtahanı keçiriləcək  |     22:51 Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı - VİDEO  |     22:44 Nazirlik hərbi hissələrdə odundan imtina edir  |     22:38 “Azərbaycan Nəşriyyatı” bağlandı  |     22:30 İcra hakimiyyətləri ləğv olunur? — Deputat açıqladı  |     22:25 Hindistanda partlayış: 18 nəfər öldü  |     22:19 Məhkəmədən “Qurtuluş”un rəhbəri barədə qərar  |     22:16 1980-ci illərdə minlərlə insanın ölümünə səbəb olmuş vulkan yenidən oyanır  |     22:07 Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü  |    
Left Banner
Right Banner

Əvvəl bıçaqladı, sonra maşınla üzərindən keçdi - Şamaxıdakı dəhşətli qətlin TƏFƏRRÜATI (YENİLƏNİB)

13.09.2024 12:20 1 467
Əvvəl bıçaqladı, sonra maşınla üzərindən keçdi - Şamaxıdakı dəhşətli qətlin TƏFƏRRÜATI (YENİLƏNİB)
Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Şamaxı Rayon Prokurorluğundan bildirilib.

Araşdırma zamanı 1995-ci il təvəllüdlü Elbrus Şeydayevin Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində yolun kənarında qayınatası 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və qayınanası 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirdikdən sonra özünə məxsus avtomobillə Əlağa Hüseynovun üzərindən keçməsi nəticəsində sonuncunun hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Püstə Hüseynova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

* * * * *

Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya və 45 yaşlı Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni Elbrus Şeydayev saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3