Mojo.az Banner
16:57 Narkotest nəticələrini dəyişməyi vəd edən sabiq hərbçilərə HÖKM OXUNDU  |     16:50 30 illik cinayətin üstü açıldı: Rep əfsanəsini kim öldürüb və əmri kim verib?  |     16:42 Sevgilisinə mesaj yazdı, səhvən arvadına göndərdi - Evdə dava düşdü, iş məhkəmədə bitdi  |     16:39 "Təzə Bazar"da oğurluq: Müştəri kimi getdi, 1100 manatlıq telefon oğurladı  |     16:20 Gömrükdən 232 minlik malı qanunsuz keçirmək istəkləri ürəklərində qaldı  |     16:01 34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib - TƏFƏRRÜAT  |     15:47 Balıq ovu mövsümü açıldı  |     15:43 Günəş partlayışları və maqnit qasırğası riski: Sentyabrın ilk günləri üçün proqnoz  |     15:30 Azərbaycanda yeni su tarifləri müəyyənləşdi  |     15:28 Paşinyan: "İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir"  |     15:22 Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlanıb - FOTO  |     15:19 Ərdoğan ŞƏT görüşündə Orta Dəhliz və Azərbaycanla bağlı mühüm bəyanat verib  |     14:40 Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürüb  |     14:39 300 min manatlıq dələduzluğa görə tutulan ehtiyatda olan mayora hökm oxunub  |     14:23 Vüsal Şilderin qətli ilə bağlı iş məhkəməyə göndərildi  |     13:26 Qəbələyə istirahətə gedən qadın hovuzda ölü tapıldı  |     13:14 Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi - FOTO  |     13:00 Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs saxlanılıb  |     12:48 Dünya Bankı Azərbaycana qrant ayırdı  |     12:23 Dünya birjalarında neft bahalaşır: Son qiymətlər açıqlandı  |    
Left Banner
Right Banner

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin vəziyyəti açıqlandı

06.02.2026 11:26 720
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin vəziyyəti açıqlandı
Bakıda "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsinin durumu bəlli olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən və Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Məlumatda qeyd olunub ki, bu gün saat 09:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu "İdrak" liseyindən çağırış qeydə alınıb:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.

Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır".скачать dle 11.3
Mojo.az Banner