Füzuli peşə məktəbinin sabiq direktoru məhkəmə zalında həbs edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:05 Xocalı gil yatağı satılacaq  |     13:48 Azərbaycanda problemli kreditlərin həcmi 3%-ə yaxın artıb  |     13:30 Aİ-nin 12 ölkəsi seçkiyə xarici müdaxiləyə görə Avropa Komissiyasına çağırış etdi  |     13:22 Səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəddə PROBLEM var  |     13:21 Azərbaycanda dövlətə məxsus iki gəmi hərraca çıxarılacaq  |     13:02 Durov Qərbin süni intellekt sahəsində Çindən niyə geri qaldığını izah edib  |     12:59 Qızdırmanı nə vaxt salmaq olmaz? Həkimdən gözlənilməz açıqlama  |     12:52 Tramp 30 minə qədər miqrantın Quantanamoda saxlanılması haqqında sərəncam imzalayacaq  |     12:36 Bakı-Ağstafa sürət qatarında pəncərənin yanına bilet alan sərnişin peşman oldu  |     12:31 MN-in sabiq bölmə rəsi və müdiri həbsdən buraxıldılar  |     12:16 SOCAR Qazaxıstandan xam neftin tranzitinə başlayır  |     12:08 "ChatGPT"yə meydan oxuyan "DeepSeek" sındırıldı və məxfi məlumatlara giriş əldə edildi  |     12:01 Azərbaycanda vəzifəli şəxslərin evində DƏHŞƏT: Qardaşlarının vəfat xəbərini eşidən anaları da ÖLDÜ  |     11:50 Ağcabədidə iki avtomobil toqquşub: Ölən var  |     11:45 Sumqayıtda ƏMƏLİYYAT - 14 kiloqram narkotikin dövriyyəyə buraxılmasının qarşısı alındı - VİDEO  |     11:40 Lənkəranın bəzi əraziləri işıqsız qalıb  |     11:35 Avropada "Coca-Cola"dan sonra bu dəfə "Lay's" şoku: Satışdan yığışdırılır  |     11:21 Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşı evə buraxıldı  |     22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |    

Füzuli peşə məktəbinin sabiq direktoru məhkəmə zalında həbs edildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Oqtay Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Oqtay Vəliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə iclas zalında dərhal həbs olunub.

Qeyd edək ki, rəsmi məlumata görə, 1 nömrəli Füzuli peşə məktəbində yol verilmiş qanunsuzluqlar barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı qeyd olunan təhsil müəssisəsinin direktoru Oqtay Vəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı edərək dövlət büdcəsindən ayrılmış 119 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Oqtay Vəliyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            381 10.09.24 13:20