"Təfəkkür" Universitetinin prorektorunun qətlini sifariş verməkdə ittiham olunanlar hakim qarşısında » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:31 DİN bayram günlərində azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib  |     20:30 Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar  |     19:34 "Taliban" əfqan qadınların işlədiyi bütün QHT-lərin bağlanacağını bəyan edib  |     19:17 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayı artırılır  |     18:57 Hazırda Bakının bir sıra yollarında tıxac müşahidə olunur  |     18:47 Bu il Azərbaycanda 43.5 dərəcə isti, 22 dərəcə şaxta qeydə alınıb  |     18:28 Bakı metrosu yeni il gecəsi saat 2-yə qədər işləyəcək  |     18:12 Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərib  |     17:41 Ordubadda ağır qəza: Altı nəfər xəsarət aldı  |     17:35 Bu il Azərbaycanda 110 sel, 167 dəfə dolu hadisəsi qeydə alınıb  |     17:32 İmtahan qrafiki bayramdan sonra açıqlanacaq  |     17:14 Təyyarəmizə eniş izni verməyən dispetçer dindirildi - VİDEO  |     17:02 Günəşdə iki güclü partlayış baş verib  |     16:39 Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb  |     16:31 Yeni il tətilində bölgə hotellərində rezervasiya neçə faiz dolub? - VİDEO  |     16:28 İlin son gününün havası açıqlandı - PROQNOZ  |     16:26 Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və fərdi ev verilib  |     16:05 Ötən gün ərzində pirotexniki vasitələrin satışı ilə məşğul olan 11 nəfər saxlanılıb  |     15:42 Sumqayıtda dəniz kənarından körpə meyiti tapıldı  |     14:29 Bakıda avtomobilin vurduğu şəxs xəstəxanada öldü  |    

"Təfəkkür" Universitetinin prorektorunun qətlini sifariş verməkdə ittiham olunanlar hakim qarşısında

Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

APA xəbər verir ki, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. İş hakim Həsən Əhmədovun icraatına verilib.

İlkin baxış iclası avqustun 15-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Baş Prokurorluğun yaydığı məlumata görə, "Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti"nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa ediliblər.

İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərti ilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.

Müşviq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev (icraçı) isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            456 12.08.24 13:00