Bakıda kafe sahibini döyənlərlə bağlı dəhşətli DETALLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |    

Bakıda kafe sahibini döyənlərlə bağlı dəhşətli DETALLAR

2023-cü il martın 26-da daxil olan müraciət əsasında 19-cu polis şöbəsi əməkdaşları tərəfindən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Qəbələ rayon sakini Şahin Quluyev və Cəlilabad rayon sakini Sakit Əlişov saxlanılıblar.

Nəsimi Rayon Polis İdarəsi İstintaq şöbəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə başlanılan cinayət işi istintaqın davam etdirilməsindən ötrü rayon prokurorluğuna göndərilib.

İstintaqla müəyyən edilib ki, Şahin Quluyev və Sakit Əlişov kuryer kimi xidmət göstərdikləri kafenin icarədarı Rac Abramovun pul vəsaitini ələ keçirmək məqsədilə 2023-cü il martın 25-də saat 23 radələrində həmin obyektin iş vaxtının bitməsini gözləyiblər.

Şahin Quluyev zirzəmidə əvvəl Rac Abramovun baş nahiyəsinə dəmir linglə, yerə yıxdıqdan sonra isə yumruq və təpiklə zərbələr endirib. Aralarındakı rol bölgüsünə əsasən, Sakit Əlişov həmin şəxsin azyaşlı övladı Rauf Abramovun başını divara çırpıb.

Bundan sonra hər ikisinin əllərini və ayaqlarını yapışqanlı lentlə bağlayıb, onları qanunsuz azadlıqdan məhrum ediblər.

Üzərilərində zor göstərmə hədəsi ilə zərərçəkmiş Rac Abramovdan 200 000 manat məbləğində pulu hədə-qorxu ilə tələb ediblər.

Məhkəmə prosesində Şahin Quluyev və Sakit Əlişov ittiham üzrə özlərini qismən təqsirli biliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Ş.Quluyev və S.Əlişov 12 il müddətinə azadlıqdan məhrum olunublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            297 02.08.24 18:01