DTX və DSX-dən birgə ƏMƏLİYYAT: Dörd nəfər saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |    

DTX və DSX-dən birgə ƏMƏLİYYAT: Dörd nəfər saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşları tərəfindən Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.

Median.Az
-ın məlumatına görə, görülmüş təxirəsalınmaz tədbirlərlə qeyd olunan xarici ölkənin vətəndaşlarının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yol kənarındakı yaşıllıq ərazidə gizlətdikləri və ümumilikdə 74 kq 163 q çəkisi olan qurudulmuş marixuananı həmin ərazidən götürüb oradan uzaqlaşarkən Azərbaycan Respublikasının vətəndaşları - 1982-ci il təvəllüdlü Vəli Mahir oğlu Qasımov, 1988-ci il təvəllüdlü İsgəndər Cəfər oğlu İsgəndərov, 1993-cü il təvəllüdlü Aqşin Yusifəli oğlu Süleymanzadə və vətəndaşlığı olmayan, 1982-ci il təvəllüdlü Çingiz Fakralı oğlu Daşdəmirov cinayət başında yaxalanıblar.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı) maddələri ilə cinayət işi başlanılıb və adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

Hazırda araşdırmalar davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            693 01.08.24 11:34