Xətai rayonu ərazisində evlərin birindən oğurluq olub.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polisə müraciət edən ev sahibi oradan 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və dələduzluğa görə məhkum olunmuş Taleh Salmanov müəyyən olunaraq saxlanılıb.
Xətai RPİ-də araşdırma aparılır.