Nəcməddin Sadıkovun yaxın adamının işi məhkəmədə: 42 milyon necə mənimsənilib? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Nəcməddin Sadıkovun yaxın adamının işi məhkəmədə: 42 milyon necə mənimsənilib?

Müdafiə Nazirliyinin sabiq zabiti Zahid Niftəliyevin 42 milyonluq mənimsəmədə ittiham olunması ilə bağlı cinayət işi üzrə məhkəməsi başlayıb.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib.

Tərəflərin razılığı ilə iş məhkəmə baxışına verilib. İlk baxış iclası iyulun 31-nə təyin edilib.

Z.Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək, şərti cəza verib. Z.Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib, apellyasiya məhkəməsi hökmdən verilmiş protesti təmin edərək Z.Niftəliyevi külli miqdarda rüşvət almaqda təqsirli bilib 8 il 6 ay azadlıqdan məhrum edib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında "Şlyapa Zahid" ləqəbi ilə tanınan Z.Niftəliyev öz adına formal şirkət açaraq, "Atabank"dan köçürülmüş 42 milyon manat krediti mənimsəməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə "Şahin-CO" adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "Atabank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan "Atabank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Növbəti məhkəmə iclaslarında Z.Niftəliyevin mənimsənilən xüsusilə külli miqdarda vəsaitlə bağlı izahı məlum olacaq.

Xatırladaq ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            567 25.07.24 12:09