Xalq artisti Ağadadaş Ağayevin iştirak etdiyi dava ilə bağlı cinayət işi açılıb.
Bu barədə DİN-dən bildirilib.
Məlumata görə, paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır.
Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, Ağadadaş Ağayevlə əlbəyaxa olan şəxsin “Medera” hospitalın mühafizəçisi olduğu bildirilir.