28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:01 Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib  |     20:30 Bu rayonun hərbi komissarı saxlanıldı  |     20:13 Sumqayıtda yol qəzası olub, sürücü ölüb  |     19:52 Bakıda yaşlı kişinin başını kəsərək qətlə yetirdilər  |     19:44 Bakıda yaşlı kişinin başını kəsərək qətlə yetirdilər  |     19:43 Bakıda yaşlı kişinin başını kəsərək qətlə yetirdilər  |     19:42 Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb  |     19:33 Azərbaycanda hərbi komissar saxlanıldı  |     18:58 Ermənistanın sabiq Baş Qərargah rəisi Baş Prokurorluğa çağırılıb  |     18:41 Sabirabadda yük maşını kanala düşdü  |     18:14 Deputat vəzifəsindən azad edildi  |     18:10 Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb  |     18:06 Sumqayıtda qəza - Sürücü ölüb  |     17:37 Bakıda bəzi ərazilərdə maşın saxlamaq qadağan edilib  |     16:43 Bakıda dəstə üzvləri bir nəfəri döyüb qarət etdilər  |     16:17 Braziliya Prezidenti COP29-da iştirak edəcək  |     16:05 Sarayda şagird məktəbin binasından yıxıldı  |     14:21 16 yaşı tamam olmamış qızla evləndi - Cinayət işi açıldı  |     14:15 Bakıda ictimai iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb - FOTO  |     13:44 İsrail hərbçiləri Livanda "Hizbullah" komandirini öldürdülər  |    

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Abşeron rayonunun Hökməli qəsəbəsində 16 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, yeniyetmə Həsrət Rəcəbovanı qətlə yetirən 1996-cı il təvəllüdlü nişanlısı Murad Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət hadisəsinə gəlincə, bu, 2022-ci ilin oktyabrında baş verib. Muradın cinayət törətməsinə səbəb isə, Həsrətin nişanı qaytarmaq istəyi olub.

Məlum olub ki, H.Rəcəbova 14 yaşında olarkən qohumu Muradla nişanlanıb. Bu təşəbbüs ailələrin olub. Şahid ifadələrinə görə, nişandan sonra qarşı tərəfin istəyi ilə 7-ci sinifdə oxuyan Həsrət təhsilini dayandırıb və bundan sonra məktəbə getməyib.

Məhkəmədə məlum olub ki, məktəbin təlim-tərbiyə işləri üzrə müavini Həsrətin nəyə görə məktəbə gəlməməsi ilə bağlı maraqlanıb. Yeniyetmənin anası isə cavab olaraq "Xahiş edirəm ki, qızım nişanlı olduğu və nişanlısı məktəbə getməyi qadağan etdiyi üçün onun məktəbdən azad edilməsinə köməklik göstərəsiniz" - məzmunlu ərizə yazıb. Bu ərizə əsasında da Həsrət məktəbdən xaric edilib.

Qızın anasının sözlərinə görə, Həsrətin nişanı qaytarmaq istəməsinin səbəbi Muradın onu çox sıxması olub. İfadəyə görə, nişanlısı Həsrətə hətta toya belə getməyə icazə verməyib:

"Həsrət Murad tərəfindən alınmış mobil telefondan və içində olan SIM-kartdan istifadə edirdi. Hadisədən təxminən bir ay əvvəl Murad evə gəlib Həsrətdən ona verdiyi telefonu istədi, Həsrət də həmin telefonu gətirib onun qabağına atdı. Murad telefona başqa nömrə salıb ona qaytardı. Muraddan nə olduğunu soruşanda o, Həsrətə sinif yoldaşları və rəfiqələri ilə danışmağı qadağan etməsinə baxmayaraq, onun sözünə baxmadığına görə nömrəni dəyişdiyini dedi. Bu hadisədən sonra Həsrət onunla ailə qurmaq fikrindən döndü".

Növbəti günlərdə isə anası ev işləri görmədiyini iddia edərək telefonu Həsrətin əlindən alıb. Qarşı tərəf isə bunun səbəbini öyrənmək üçün onlara gedib. Bu zaman Həsrət bir daha Muradın valideynlərinə nişanı qaytarmaq istədiyini deyib.

Hadisədən bir gün sonra isə Murad Həsrətgilə gedərək həyətdə olan anasına qızıyla barışmaq üçün gəldiyini deyib və evə girib. Bu zaman Murad nişanlısına dörd bıçaq zərbəsi yetirərək onu öldürüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            603 20.07.24 17:14