Ramiz Taxveliyə ölümündən sonra hökm oxundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Ramiz Taxveliyə ölümündən sonra hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə arvadını balkondan ataraq qəsdən öldürən Ramiz Taxveliyə hökm oxunub.

"Unikal"ın məlumatına görə, ilk olaraq dünyasını dəyişən Adelyanın qardaşı Ayaz Süleymanov şahid qismində ifadə verib: "Mənim bacımın uşaqlıqdan psixoloji problemləri olub. Hadisə vaxtı mən orada olmamışam. Ailəli olduqları dövrdə çox mehriban olublar. Sonra Ramizdə də psixoloji problemlər müşahidə olunmağa başladı. Bacımın uşaqlarını anam saxlayır".

Şahidin çıxışından sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikrini öyrənib və dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edib. O bildirib ki, Ramiz Taxveli təqsirli bilinsin, ancaq ölümü ilə əlaqədar ittihamedici hökm çıxarılmasın.

Hakim Rasim Sadıxov müşavirədən qayıtdıqdan sonra dövlət ittihamçısının ittihamını dəstəkləyərək Ramiz Taxvelini təqsirli bilsə də, ittihamedici hökm çıxarmayıb.

Qeyd edək ki, Ramiz Taxveli 2018-ci ildə 30 yaşlı arvadı Adelya Taxvelini evinin balkonundan ataraq qəsdən öldürüb. İttihama əsasən Taxveli verilmiş ittihamla təqsirli bilinib. Lakin anlaqsız vəziyyətdə olduğuna görə, psixatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib.

Xatırladaq ki, Ramiz Taxveli "Buta Palace"ın keçmiş art direktoru olub və bu ilin əvvəlində müalicə aldığı psixiatriya xəstəxanasında vəfat edib.

Onu da qeyd edək ki, Adelya Taxveli mərhum gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumu olub. Adelyanın anası nazirin xalası qızıdır. Ramiz Taxveli isə Azərbaycanın Xalq artisti Gülağa Məmmədovun yeganə qızının oğlu idi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            255 16.07.24 16:56