Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Geyim üstündə bıçaqlanma: "Banditə oxşayırsınız"

16.07.2024 11:50 2 088
Geyim üstündə bıçaqlanma:
Bu ilin fevralında Ordubad rayonunun Dəstə kəndində baş verən bıçaqlanma hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə müttəhim kürsüsündə 2006-cı il təvəllüdlü Namiq Zeynalov (ad-soyad şərtidir) əyləşib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, bıçaqlanmaya səbəb Vüqar Quliyevin (ad-soyad şərtidir) onun geyiminə lağ etməsi olub.

"Kənddə məktəbə tərəf gedəndə bizə söz atdı. Dedi ki, "Bu nə geyimdir geyinmisiniz? Banditə oxşayırsınız". Fikir vermədən yola davam etdik. Amma arxamızca gəlib yenə eyni sözləri təkrarladı: "Vorzakon" kimi, bandit kimi geyinmisiniz, lap adam vuranlara oxşayırsınız. Bu nə geyimdir kənddə geyinmisiniz?".

Bundan sonra tərəflər arasında ciddi mübahisə yaşanıb və nəticədə yeniyetmə Vüqar Zeynalovu bıçaqlayıb.

Zərərçəkmiş şəxs isə müalicəsinin xərclərinin qarşılandığını, qarşı tərəfdən şikayətçi olmadığını bildirib.

Məhkəmənin hökmünə əsasən Namiq Zeynalov üç il müddətinə azadlıqdan məhrum edilib. Cinayət törədərkən yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilib və ona bir il altı ay sınaq müddəti müəyyən edilib.

Son xəbərlər