Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, yazıçı Əjdər Cəbiyevin (Əjdər Ol) kassasiya şikayətinə baxılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda yekun qərar qəbul edilib.
Vidadi Cəfərovun sədrlik etdiyi məhkəmə heyəti ona təyin edilmiş 8 il 3 ay azadlıqdan məhrumetmə cəzasını qanunauyğun hesab edib. Qərara əsasən, şikayət əsassız sayılaraq təmin edilməyib.
Qeyd edək ki, Əjdər Ol sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb. Səlim Müslümova isə şərti cəza verilib.