Polis əməkdaşlarının Göyçay rayonunda həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əyyub Mahmudov, qardaşı Vüsal və qohumları Rəşad Həbibov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onlardan iki kiloqram marixuana, iki kiloqram tiryək və 200 ədəd metadon həbi aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkədə tanış olduqları, şəxsiyyəti istintaqla araşdırılan Əli adlı İran vətəndaşından aldıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.