Qazaxda bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Kənd sakini, 18 yaşlı Hümbət Məmmədov yaşadığı evdə dayısı, 1977-ci il təvəllüdlü Ramin Ömərovu bıçaqlayıb.
Boğazından və qolundan bıçaq xəsarətləri alan Ramin Ömərov xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Hümbət Məmmədov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.