Bacısı pis yola düşdü deyə, anasını öldürdü - Bakıdakı olayın detalları » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Bacısı pis yola düşdü deyə, anasını öldürdü - Bakıdakı olayın detalları

Oğul bacısını əxlaqsız yola sövq edən anasını qətlə yetirib.

Median.Az
Baku TV-yə istinadən hadisənin detallarını təqdim edir:

Sərdar (Adlar şərtidir) rayondan Bakıya – anası Mənzərin işlədiyi kafeyə gəlir və ona bacısı Aynurun əxlaqsız yola düşdüyünü öyrəndiyini deyir. O, anasından bacısının yerini soruşur. Mənzər isə qızının yerini deməkdən imtina edir və Sərdara bildirir ki, onların həyatına qarışmasın. Sərdar kafenin yaxınlığında dayanıb anasını izləməyə başlayır.

Başa düşür ki, anası Mənzər ona yalan danışır və bacısı haqqında həqiqəti gizlədir. Mənzər Sərdarın bir xəta törədə biləcəyindən qorxduğu üçün Aynura zəng edir və Sərdarın Bakıya gəldiyini, onu axtardığını deyir.

O, qızına da diqqətli olmağı tövsiyə edir. Həmin gün Sərdar həmyerlisi Fəraməzin yanına gəlir və qalmağa yerinin olmadığını deyir. Fəraməz yaşayış massivində nəzarətçi işlədiyi yerdə gecələmək üçün ona yer verir. Sərdarın beyninə bacısı və anasının əxlaqsızlıqla məşğul olması haqqında ağlasığmaz fikirlər gəlir.

Qərara gəlir ki, nə olursa-olsun, bu gün bacısını tapmalıdır.

Mənzər həmin gecə yata bilmir, ona görə də səhər Aynurun çalışdığı gözəllik salonuna gedir və ona “Aynur, bir neçə gün işə getmə, deyəsən, Sərdar dəli olub, o gün dəli kimi danışırdı. Səni də, məni də öldürəcək, bilirəm” deyir.

Aynur ona sakit olmağı, bu gün işdən tez çıxacağını, başqa yerə gedib gizlənəcəyini deyir. Aynur tələsik işini bitirib çıxmaq istədiyi an Sərdar zala daxil olur. O, Sərdarı görən kimi yerində donub qalır. Qardaşına “Gəl, başqa yerdə danışaq, vəziyyət sənin bildiyin kimi deyil” deyəndə Sərdar “Sən pozğunsan, tanışlıq saytında kişilərlə yazışırsan, onlarla görüşürsən, səni öldürəcəyəm” cavabını verir və bacısının boğazından yapışır.

Aynur Sərdara artıq 1 ay olar ki, bütün pis əməllərdən uzaqlaşıb salonda işləməyə başladığını deyir və bundan əvvəl bütün əxlaqsız əməllərə onu anası Mənzərin sövq etdiyini bildirir.

Sərdar bacısına inanır və anasının yanına gedir. O, əsəbi halda iti addımlarla Mənzəri izləyir və yaşadığı binaya girərkən anasını yaxalayır. Mənzər Sərdardan onu bağışlamasını xahiş edir. Lakin Sərdar heç nəyə məhəl qoymur, özü ilə gətirdiyi bıçaqla ard-arda zərbələr endirərək anasını qətlə yetirir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            420 06.07.24 21:38