Bakıda sevgilisi qadın həkimi şantaj etdi: "Videonu ərinə və oğluna göndərəcəyəm" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Bakıda sevgilisi qadın həkimi şantaj etdi: "Videonu ərinə və oğluna göndərəcəyəm"

Azərbaycanda məşhur xəstəxanalardan birinin qadın həkimi şantaj edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, həkimin yaxın münasibətdə olduğu kişi sonradan ona hədə-qorxu gəlməyə başlayıb.

Ramin Əkbərov (ad və soyad dəyişdirilib-red) planlı şəkildə həkim xanımla səmimi olduğu anın görüntülərini çəkib. Sonradan isə həmin videonu qadının ərinə və oğluna göndərəcəyini deyib. R.Əkbərov həkimi və ailəsini əvvəldən tanıdığı üçün xanımın onun hədə-qorxularından çəkinəcəyinə əmin olub.

Zərərçəkmiş şəxs isə videonun yayılacağı halda rüsvay olacağını düşünərək qarşı tərəfin tələblərini yerinə yetirib. Bundan sonra Raminə müxtəlif vaxtlarda 10 min dollar, 10 min manat və fərqli məbləğlər olmaqla ümumilikdə 42 min manat pul verib. Həkim ifadəsində deyib ki, onu şantaj edən şəxsə verdiyi pulları məcbur qaldığı üçün bankdan kredit götürüb.

Bir müddət sonra Ramin başqa cinayətə görə həbs edilib. Lakin o, həbsdə olduğu vaxt da həkimi şantaj edib, yanına sovqat gətirməsini istəyib. Həkim xanım isə yenə də çəkinərək onun yanına gedib, istədiyi şeyləri aparıb.

Zərərçəkmiş şəxs bir müddət sonra bankdan götürdüyü krediti ödəyə bilməyib. Digər tərəfdən də hədə-qorxular davam etdiyi üçün polisə şikayət edib.

R.Əkbərova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü təqsirli bilmədiyini deyib. O, zərərçəkmişi və ərini çoxdan tanıdığını, nəyə görə sonradan ondan belə bir ittihamla şikayət etdiyini bilmədiyini deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            324 04.07.24 12:49