Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Sadıqov saxlanılıb.
Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan metamfetamin aşkar olunaraq götürülüb.
Keçirilən digər bir tədbir nəticəsində isə qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən A.Əliyev saxlanılıb. Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.
Bundan başqa polis "Xaşxaş-2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Mənəşli kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 149 kq 2218 ədəd çətən bitkisi toplanılaraq məhv edilib.