Qazaxda yabanı halda bitən üç ton çətənə bitkisi məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş-2024" planına uyğun olaraq DSX əməkdaşları ilə birgə keçirdikləri tədbirlərlə rayonun Məzəm kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 3 ton olan 6 300 ədəd çətən bitkisi toplanılaraq məhv edilib.