Kürdəmirdə baş verən silahlı insidentlə bağlı yeni detallar məlum olub.
Oxu.az-ın əldə etdiyi məlumata görə, Xalid Abdullayevlə Rüstəm Məmmədovun birlikdə vaxtaşırı balıq tutmağa getdikləri bildirilir.
Hadisəni törədən şəxsin içki düşkünü olduğu, dostların vaxtlarını daha çox içki məclislərində keçirdikləri deyilir. Elə hadisə də bu məclislərin birində baş verib.
1988-ci il təvəllüdlü X.Abdullayev özündən iki yaş böyük R.Məmmədovla mübahisə edib. Daha sonra X.Abdullayev evinə gedib ov tüfəngini götürərək qayıdıb və dostunu ayağından vurub.
Faktla bağlı araşdırma aparılır.
* * * * *
Kürdəmirdə silahlı insident olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Carlı kəndində qeydə alınıb.
Kənd sakinləri - Xalid Abdullayevlə Rüstəm Məmmədov arasında mübahisə düşüb.
Mübahisədən sonra X.Abdullayev gecə saatlarında R.Məmmədovun yaşadığı evə gələrək ov tüfəngi ilə onu güllələyib.
Nəticədə R.Məmmədov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.