23 ildir həbsdə olan məşhur qardaşlar azadlıq istədi - Hakim “yox” dedi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

23 ildir həbsdə olan məşhur qardaşlar azadlıq istədi - Hakim “yox” dedi

23 il əvvəl ağır cinayətlərdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Emin və İlham Baqqayev qardaşları azadlığa çıxmaq istəyirlər.

Baqqayev qardaşları ərizələrində çəkdikləri cəzanın yetərli hesab edilməsini, ömürlük həbsin müddətli cəza ilə əvəz edilərək azadlığa buraxılmalarını xahiş ediblər.

Qaradağ Rayon Məhkəməsi onların xahişini qəbul etməyib. Hakim qardaşların həbslərinin davamına qərar verib.

Qeyd edək ki, Baqqayev qardaşlarının iştirak etdiyi hadisə 2001-ci ildə Zaqatala rayonunda baş verib. Onlar digərləri ilə əlbir olaraq polisə və hərbi hissəyə hücum edib, Şeyx Şamillin büstünü partladıblar.

3 nəfərin ölümü, 7 nəfərin ağır yaralanması, dövlət və şəxsi mülkiyyətin məhv edilməsinə görə cinayətkar dəstənin rəhbərlərindən olan Emin və İlham Baqqayev qardaşları və Emin Mollayev ömürlük, digərləri 15 ilə kimi azadlıqdan məhrum ediliblər.

Bundan başqa, hadisədə iştirak etdikləri üçün 16 nəfər axtarışa verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            399 17.06.24 22:36