Oğuzda çətənə kolları becərənlər və narkokuryerlər saxlanılıblar - ФОТО » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:21 AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib  |     14:07 Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərin məzarları ziyarət olunub  |     13:56 Azərbaycan idmanında son 8 ilin rekordu  |     13:47 Qapısı açıq halda idarə olunduğu deyilən avtobusdan sərnişin yıxıldı - FOTO  |     13:32 Bakıda bu evlər kəskin BAHALAŞDI - VİDEO  |     13:20 Əcəmi metrosunun qarşısında dava: Ölən var  |     13:20 "WhatsApp"da yeni funksiya: Nömrələri yığıb zəng edə biləcəksiniz  |     13:18 Elşad Xosenin ailə FOTOsu  |     13:17 Ötən gün ölkə ərazisində 16 kiloqram narkotik aşkarlanıb  |     13:15 NATO-nun yeni baş katibi təsdiqlənib  |     13:14 İrəvan Bakıdan sülh sazişi ilə bağlı yeni təkliflər paketi alıb  |     13:13 50 nömrəli avtobusun sürücüsündən özbaşınalıq: "Nağd pulun yoxdursa, düş" - VİDEO  |     13:10 Çaylarda suyun səviyyəsi artıb  |     13:08 DİN-dən ƏMƏLİYYATLAR: "Qara bazar"da dəyəri üç milyon manat olan narkotik ələ keçirildi - VİDEO  |     13:06 Masazırda gənc qız hamamda boğuldu  |     12:42 Ağcabədidə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb  |     12:09 Culian Assanj rəsmən azadlığa buraxılıb  |     12:05 "YouTube"dan daha bir YENİLİK  |     12:04 Gənc oğlan azyaşlı sevgilisi ilə cinsi münasibətdə oldu: "Anası da orada idi"  |     12:00 "Planet qatili" Yer kürəsinə yaxınlaşır  |    

Oğuzda çətənə kolları becərənlər və narkokuryerlər saxlanılıblar - ФОТО

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Ələkbər Məmmədəliyev və 58 yaşlı Nemət Abdullayev saxlanılıblar.

Ə.Məmmədəliyevin Padar, N.Abdullayevin isə Xaçmaz kəndindəki meşə zolağında əkdikləri çətənə kolları, gübrə və digər qulluq vasitələri polis əməkdaşları tərəfindən aşkar edilib.

Saxlanılan şəxslər narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiklərini bildiriblər.

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha altı nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            207 17.06.24 11:45