Sevgilisinə yatdığı yerdə siqaretlə işgəncə vermişdi - 2 il cəza aldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Sevgilisinə yatdığı yerdə siqaretlə işgəncə vermişdi - 2 il cəza aldı

Bakıda sevgilisinin dodağını siqaretlə yandıran, həmçinin onu dəfələrlə döyərək xəsarətlər yetirən şəxs həbs edilib.

Median.Az 
"qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal və Nərimanov rayonları ərazisində baş verib. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Səidə Fətəliyeva (ad-soyad şərtidir) sevgi münasibətində olduğu Elman adlı şəxsin ona iztirablar verdiyini bildirib. Bundan sonra 1995-ci il təvəllüdlü E.Məmmədov barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.

Məlum olub ki, Elman Məmmədov Səidəyə qısqanclıq zəminində xəsarətlər yetirib. Sevgilisi yatdığı zaman cəzalandırmaq məqsədilə onun dodağını qaynar halda olan siqaretlə yandırıb. Bundan başqa, Nərimanov rayonu Keşlə qəsəbəsi ərazisində küçədə saçından tutaraq sürüyüb və yerə yıxaraq döyüb.

Zərərçəkən qız məhkəmədə ilkin ifadəsində Elmanın törətdiyi əməllər barədə ətraflı məlumat verib. Lakin o daha sonrakı ifadəsində E. Məmmədovun ehtiyatsızlıqan onun dodağını yandırdığını bildirib.

Şahid ifadələri və digər dəlillər xəsarətlərin qəsdən yetirilməsini göstərib.

Nərimanov Rayon Məhkəməsinin 4 iyun tarixli hökmü ilə Elman Məmmədova 2 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan 29 yaşlı şəxs məhkəmə zalındaca həbs edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            366 15.06.24 15:49