50 yaşlı kişi arvadını əxlaqsızılıqda ittiham edib, anasına xəsarət yetirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

50 yaşlı kişi arvadını əxlaqsızılıqda ittiham edib, anasına xəsarət yetirdi

Bakının Xəzər rayonunda 1974-cü il təvəllüdlü Teymur ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı anası Tahirəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisəni törədən Teymurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, zərərçəkmiş Tahirə onun anasıdır və hazırda eyni ünvanda yaşayırlar:

"Hadisə günü, saat 14:15-də yaşadığım evdə olarkən spirtli içki qəbul etdim. Sonra arvadım Şəhla ilə aramızda mübahisə baş verdi. Mübahisəyə səbəb arvadım Şəhlanın işə rəfiqəsinin ərinin avtomobili ilə getməsi olub. Ondan həmin avtomobillə işə getməməsini tələb etmişəm. Lakin Şəhla bu tələbə məhəl qoymadı. Mübahisə zamanı bizi sakitləşdirməyə çalışan anam Tahirə araya girdi. Mən isə əsəbiləşərək anamı vuraraq ona müxtəlif bədən xəsarətləri yetirdim".

Şahid qismində ifadə verən Şəhla qeyd edib ki, Teymur ilə 1995-ci ildə rəsmi ailə həyatı qurub və birgə nigahlarından üç övladı var. Onun sözlərinə görə, dəfələrlə yaşadıqları evdə münaqişələr olub.

Şəhla qeyd edib ki, əri Teymur spirtli içki aludəçisidir və hər dəfə onu əxlaqsızlıqda ittiham edərək əsasız yerə qısqanclıq zəminində münaqişə yaradıb.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. O, cinayət məsuliyyətindən azad edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            360 08.06.24 13:13