Azərbaycanda bələdiyyə sədri və MMC direktoru HƏBS EDİLDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Azərbaycanda bələdiyyə sədri və MMC direktoru HƏBS EDİLDİ

Ağdaşda bələdiyyə sədri və MMC direktoru həbs edilib, bələdiyyə sədri vəzifədən kənarlaşdırılıb.

Bu barədə Ağdaş Rayon Prokurorluğu məlumat yayıb.

Belə ki, Ağdaş rayonu, Kotavan kənd bələdiyyəsinin sədri Rəşad Səmədovun vəzifə səlahiyyətlərini aşaraq bələdiyyənin ümumi yığıncağının qərarı olmadan "Abadlıq-2012” adlı MMC ilə tikinti aparılması barədə müqavilə bağlamasına, həmçinin, MMC-nin direktoru Əli Cəbiyevlə birgə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla külli miqdarda dövlət əmlakını mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Ağdaş rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə bələdiyyə sədri Rəşad Səmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 188.4.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.
Bundan başqa, "Abadlıq-2012” MMC-nin direktoru Əli Cəbiyev isə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 179.3.2 (külli miqdarda mənimsəmə), 188.3 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

İş üzrə vurulmuş maddi ziyanın ödənilməsi və digər əhəmiyyətli halların müəyyən olunması istiqamətində istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            402 07.06.24 17:39