İyunun 5-də saat 3 radələrində Qala qəsəbəsinin ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyüb 35 manat pulunu, iki ədəd mobil telefonunu və bank kartını əlindən alıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Sahib İsmayılov saxlanılıb. S.İsmayılov hadisədən sonra zərərçəkənin kartı ilə alış-veriş edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.