Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin 26 385 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü qadın saxlanılıb.
Səbail RPİ-nin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfər şəxsi aldadaraq hesabına 150 manat pul ödətdirməkdə şübhəli bilinən Rəşad Adışov müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.