Zaqatalada qardaş 44 yaşlı bacısını odlu silahla qətlə yetirib.
Median.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. İlkin məlumata görə, kənd sakini 1980-cı il təvəllüdlü N.Əhmədova odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü N.Əsgərov saxlanılıb.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.