Ailə üzvlərini öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov xüsusi xəstəxanaya köçürüldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Ailə üzvlərini öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov xüsusi xəstəxanaya köçürüldü

İkisi uşaq olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədov xüsusi tibb müəssisəsinə yerləşdirilib.

"Qafqazinfo" xəbər verir ki, Xətai Rayon Məhkəməsi prokurorluğun təqdimatı əsasında belə qərar qəbul edib.

Ə.Əhmədov ekspert rəyləri ilə cəmiyyət üçün təhlükəli olduğu üçün təhlükəsizlik tədbirlərinin görülməsi qaçılmaz olub. O, saxlanıldığı istintaq təcridxanasından birbaşa xüsusi tibb müəssisəsinə etap edilib.

Təkrar ekspertiza rəyinə əsasən, Əhmədin hadisəni anlaqsız vəziyyətdə törətdiyi təsdiqini tapıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq hərəkətləri aparılır.

Qanuni qüvvəyə minmiş məhkəmə hökmünə qədər Ə.Əhmədov haqda xüsusi tibb müəssisəsinə yerləşdirmə təhlükəsizlik tədbiri qüvvədə qalacaq. Həmin vaxtdan sonra Əhmədovun gələcək taleyinə aydınlıq gətiriləcək.

Qeyd edək ki, 25 yaşlı Əhməd Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            426 23.05.24 14:10