Bakıda evdən 125 min manatlıq inşaat materialları oğurlanıb - FOTO \ VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Rayonlara intensiv yağış yağır, çaylardan sel keçib - FAKTİKİ HAVA  |     22:59 Azərbaycanda müğənni həbs edildi  |     22:43 Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs vəfat etdi  |     22:35 Bakı həbsxanasında MƏHKUM ÖLDÜ  |     22:31 Niyə modemi mətbəxə qoya bilməzsiniz: Bu qadağaya laqeyd yanaşmayın  |     22:24 Arılar xərçəngi aşkar edə bilir - MARAQLI FAKT  |     22:20 Hər gün südlü çay içsəniz, bədəndə nə baş verər? - Diyetoloqun cavabı  |     22:16 Alimlər yeməli paltar istehsal edən maşın yaratdılar (VİDEO)  |     22:07 Məşhur həkim hər gün bu tərəvəzdən yeyir: çünki xərçəng riskini azaldır  |     22:01 Məhkəmə prosesi Səfər Mehdiyev üçün arzuolunmaz sonluğa çevrilə bilər  |     21:57 Dünyada ilk dəfə: Türkiyədə 1500 illik məşhur Roma zirehləri bərpa edildi  |     21:48 “Kirayə evlərin qiymətində artım var” – Ekspert  |     21:46 Taksilərin qiyməti bahalaşdı: Sayı azalır, bir istiqamətə 8-9 manat... – Yeni sistem belə olacaq  |     21:42 4 dollara aldığı güldan Maya xəzinəsi çıxdı  |     21:35 Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqlənməyib  |     21:29 Türkiyə İraq və Suriya ilə sərhəddə xüsusi təhlükəsizlik bölgəsi yaradır  |     21:23 Sumqayıtda üç nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     21:18 Türkiyə Ordusu İraqda şəhid verib, üç terrorçu öldürülüb  |     21:10 Van Nistelroy İngiltərə klubu ilə anlaşıb  |     21:06 Ombudsman mina təhlükəsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib  |    

Bakıda evdən 125 min manatlıq inşaat materialları oğurlanıb - FOTO \ VİDEO

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbir nəticəsində 1986-cı il təvəllüdlü Ramal Fətullayev saxlanılıb. Ondan iki kiloqram güclü təsiredici narkotik vasitə olan heroin aşkarlanıb. R.Fətullayev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu bir nəfər tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, heroini maddi qazanc müqabilində deyiləcək ünvanlara yerləşdirməli imiş.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı isə vətəndaşlardan birinə məxsus yeni tikilməkdə olan evdən 125 min manat dəyərində inşaat materialları oğurlayan 1993-cü il təvəllüdlü Taleh Mirzəyev və 1994-cü il təvəllüdlü İvan Kisliyakov saxlanılıb.

Araşdırmalarla İ.Kisliyakovun həmin mənzildə gözətçi işlədiyi və oğurladığı inşaat materiallarının bir hissəsini tanışı T.Mirzəyevin vasitəsi ilə satdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            201 22.05.24 19:17