Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:33 Polkovnikin oğlu ev dustaqlığına buraxıldı  |     12:25 Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb - VİDEO  |     12:17 "Qalatasaray" dünya çempionunu transfer etmək istəyir  |     12:09 Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib  |     11:57 Bakıda gənc oğlan qaynar suda YANARAQ ÖLDÜ  |     11:52 Nəriman Nərimanov rayonunda istilik PROBLEMİ - VİDEO  |     11:46 Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı  |     11:22 "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi  |     22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |    

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb - FOTO

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Xəqani küçəsində bir nəfərin narkotik vasitənin təsiri altında olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlər nəticəsində həmin şəxs - 1984-cü il təvəllüdlü paytaxt sakini Fərid Bayramov saxlanılaraq Polis Bölməsinə gətirilib. Ondan güclü təsiredici maddələr olan 64 ədəd "lirika", 50 ədəd "ekstazi" həbləri, külli miqdarda kokain və 14 büküm bitki mənşəli sintetik narkotik vasitə olan "banzay" aşkar olunub.

F.Bayramov narkotikləri şəxsi istifadəsi ilə yanaşı satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material Səbail Rayon Polis İdarəsinə göndərilib. F.Bayramovun narkotikləri əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            471 18.05.24 16:56