Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:33 Polkovnikin oğlu ev dustaqlığına buraxıldı  |     12:25 Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb - VİDEO  |     12:17 "Qalatasaray" dünya çempionunu transfer etmək istəyir  |     12:09 Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib  |     11:57 Bakıda gənc oğlan qaynar suda YANARAQ ÖLDÜ  |     11:52 Nəriman Nərimanov rayonunda istilik PROBLEMİ - VİDEO  |     11:46 Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı  |     11:22 "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi  |     22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |    

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi

Bakıda viza düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq əməllərində təqsirləndirilən “Avion Travel” MMC-nin direktoru Lalə Rəcəbova həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, L.Rəcəbova öz qulluq mövqeyindən sui-istifadə etməklə Bakı şəhəri, Yasamal rayonunda yerləşən ofisində Almaniya, Norveç və Niderlanda səfirliklərdən biri vasitəsilə viza düzəltmək adı ilə vətəndaşlara yalan vədlər verməklə müxtəlif məbləğlərdə pullarını talayaraq dələduzluq edib.

Yasamal Rayon Polis İdarəsində aparılan istintaq hərəkətləri ilə onun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanan cinayət işinin ilkin araşdırması zamanı 148 şəxs zərərçəkmiş kimi tanınıb, onlara dəyən ziyan 368 675 manat olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən əlavə olaraq, istintaqla daha 56 şəxsin zərəçəkmiş qismində tanınması ilə bağlı proses aparılır. Müəyyən edilib ki, respublika üzrə ümumilikdə “Avion Travel”dən şikayətçi 202 nəfərdir və dəyən ümumi maddi ziyanın 498 175 manatdır.

Məlumata görə, onun əməllərindən zərərçəkənlərin çox olması istisna edilmir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polisə müraciət edə bilərlər. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            462 15.05.24 15:10