Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:22 "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi  |     22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |    

Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO

Kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə əlavə ekspertiza rəyi açıqlanıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirlən Əfsanə Qalabəylinin psixoloji vəziyyəti ilə bağlı keçirilən təkrar ekspertiza rəyinin nəticəsi açıqlanıb.

Ekspertiza rəyində Əfsanə Qalabəylinin hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu qeyd edilib.

Xatırladaq ki, ilkin ekspertiza Ə.Qalabəylinin hadisəni anlaqsız vəziyyətdə törətməsi barədə rəy verib. Dövlət ittihamçısı ekspertiza rəyi ilə razılaşmayıb və əlavə tibbi ekspertiza keçirilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabrında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

1987-ci il təvəllüdlü Ə.Qalabəyli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü N.Qalabəylini yaşadığı mənzildə bıçaqla qətlə yetirməkdə şübhəli bilinir.

Ə.Qalabəyliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub. N.Qalabəyli “Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi işləyib.

Xatırladaq ki, Əfsanə Qalabəyli ifadəsində həyat yoldaşının ona zülm etdiyini bildirmişdi:

“Məni döyüb-söyməyi bir yana, evə pozğun qadınlar gətirirdi. Bəzən evə gəlməmişdən əvvəl mənə deyirdi ki, hazırlıq gör, qonağım olacaq. Adam gətirib, uşaqları, məni bir otağa salıb, ağzımızı bağlayırdı. Etiraz edəndə isə döyürdü. Birgə nikahdan üçü oğlan, biri qız olmaqla dörd övladımız var. Hadisə günü də evə adam gətirmişdi. Dedim, bəsdir, ayıbdır. Dedi, “yaxşı edirəm”. Dözə bilməyib öldürdüm”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            492 14.05.24 21:45