Bakıda küçədən keçən şəxsləri döyənlərə cəza verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Bakıda küçədən keçən şəxsləri döyənlərə cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Vəli Səfərovun (şərti) xuliqanlıqda ittiham olunan Zəfər Məmmədov və Kamil Əsədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Vəli Səfərova 7 il 2 ay, Zəfər Məmmədova 1 il 7 ay 26 gün və Kamil Əsədova isə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, hadisə 2023-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən “Zamin” marketin qarşısında qeydə alınıb.

Belə ki, Vəli Səfərov orada gəzərkən həmin ərazidən keçən, əvvəllər tanımadıqları zərərçəkmiş şəxslər - Katib Dadaşov (şərti) və Babək Kərimovun (şərti) öz aralarında olan danışıqlarını özü üçün yüksək səs kimi qəbul edib. O, bunu cüzi olaraq bəhanə edib zərərçəkmişlərin söhbətlərinə müdaxilə edib. Bu zaman həmin şəxslərin arasında mübahisə düşüb. Həmin vaxt əraziyə Zəfərlə Kamil də gəlib. Mübahisə nəticəsində onlar Katiblə Babəki yumruq və təpik zərbələri ilə döyüblər.

Hadisədən sonra təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            309 01.05.24 11:23