Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-21063 markalı avtomobili oğurlamaqda şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Əliağa Həsənov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən sonuncunun ətrafında aparılan istintaq hərəkətləri zamanı onun fevral ayı ərzində yaşadığı kənd ərazisində iki təsərrüfatdan 3 xırdabuynuzlu heyvan oğurlayaraq, zərərçəkmişlərə ümumilikdə 1 000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, Ə.Həsənov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            600 27.04.24 14:46