Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:01 "Kartdan-karta" üsulu ilə işləyən daha 258 sahibkar cəzalandırılıb  |     13:37 Bu gündən bütün marşrut avtobuslarının fəaliyyəti BƏRPA OLUNUB  |     13:00 İndoneziyada Dukono vulkanı püskürməyə başlayıb  |     12:48 Türkiyə kanadalı ermənipərəst jurnalistin ölkəyə girişinə qadağa qoyub  |     12:47 Ukraynalı nazir: "COP29-da 300 milyardlıq iqlim hədəfinin razılığa gəlinməsi strateji sazişdir"  |     12:32 Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb  |     12:26 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  |     12:22 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     12:20 Şirvanda zəncirvari QƏZA: 4 nəfər xəsarət aldı  |     12:19 Sumqayıtda hamilə qadın qəfil öldü  |     12:18 Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI  |     22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |    

Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO

Bakıda cinayətkarlar binalardan oğurluğun yeni üsulunu tapıblar.

Bu barədə Lent.az-a Xətai rayon, Əhmədli qəsəbə sakinləri məlumat veriblər.

Sakinlər binanın təhlükəsizlik kameralarına düşən görüntüləri təqdim ediblər.

Görüntülərdən məlum olur ki, binaya oğurluğa girən iki yeniyetmə təhlükəsizlik kamerasını görüb, geri qayıdıblar, liftlə yuxarı mərtəbəyə qalxıblar, oradan pilləkənlə kamera olan mərtəbəyə düşüblər.

Daha sonra onlar kameranın altında yerləşən elektrik qutusuna yaxınlaşıb, işığı söndürüblər ki, kameraya düşməyib, oğurluqlarını rahat həyata keçirə bilsinlər.

Lakin görüntülərdən də aydın olur ki, oğrular məqsədlərinə çatmayıblar, belə ki, işığı söndürmək üçün elektrik qutusuna yaxınlaşarkən simaları kameraya düşür.

Sakinlər qeyd edirlər ki, bu taktika ilə 1 ay əvvəl binadan velosiped və skuter oğurlanıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            666 24.04.24 17:20