Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:03 Sabah mərkəzi prospektdə hərəkət məhdudlaşdırılacaq | 21:55 Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib | 21:50 İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərinə dair videoçarx | 21:44 Altı marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir - Siyahı | 21:37 DSK-nın yaydığı məlumat diqqət çəkdi – Gediş haqqı artacaqmı? | 21:32 Təzyiq xəstələrinə şad xəbər - Dərmanlar pulsuz olacaq | 21:27 Yumruqla qızının burnunu sındıran ata - Həbsdən buraxıldı | 21:19 Türkiyəli müğənni 10 il həbs oluna bilər | 21:13 Paşinyan bu halda istefa verəcəyini açıqladı | 21:05 Noyabr ayının son günləri böyük sürpriz yaşayacaq 3 bürc | 21:00 Bir stəkan kola içdikdə nələr baş verir? - Dəhşətli faktlar | 20:53 Tanışının adına kredit götürdü, 647 manatı öz kartına köçürdü - 2 il 8 ay həbs cəzası | 20:48 Nikah davam edir, amma qadınlar əvvəlki soyadlarına qayıdırlar - Səbəb nədir? | 20:40 Ən faydalı qəhvə növlərinin reytinqi | 20:35 Ölkədə şagirdlərin sayı bir ildə 20 mindən çox azalıb | 20:29 Eyni mahnını təkrar-təkrar dinləməyimizin 5 elmi səbəbi | 20:22 Azərbaycanda bu il narkotiklə bağlı 60 əcnəbi saxlanılıb | 20:14 Nazir Məleykə Abbaszadəni kollektivə təqdim etdi | 20:09 265 mln. manatlıq narkotik dövriyyədən çıxarılıb | 20:01 “Santa Barbara”nın aktyorunu maşın vurub öldürdü |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib

25.11.2024 11:52 2 052
İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli xanım Sədr,

Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi məmnunluq doğurur.

Bakıda keçirilən COP29 çərçivəsində Sizinlə görüşümü xoş təəssüratlarla xatırlayıram.

İnanıram ki, dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər