"Kartdan-karta" üsulu ilə işləyən daha 258 sahibkar cəzalandırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:51 İndoneziyada Dukono vulkanı püskürməyə başlayıb  |     14:01 "Kartdan-karta" üsulu ilə işləyən daha 258 sahibkar cəzalandırılıb  |     13:37 Bu gündən bütün marşrut avtobuslarının fəaliyyəti BƏRPA OLUNUB  |     12:48 Türkiyə kanadalı ermənipərəst jurnalistin ölkəyə girişinə qadağa qoyub  |     12:47 Ukraynalı nazir: "COP29-da 300 milyardlıq iqlim hədəfinin razılığa gəlinməsi strateji sazişdir"  |     12:32 Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb  |     12:26 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  |     12:22 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     12:20 Şirvanda zəncirvari QƏZA: 4 nəfər xəsarət aldı  |     12:19 Sumqayıtda hamilə qadın qəfil öldü  |     12:18 Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI  |     22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |    

"Kartdan-karta" üsulu ilə işləyən daha 258 sahibkar cəzalandırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 258 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, pərakəndə ticarət və iaşə obyektlərində nağd pul hesablaşmaları qaydalarının pozulması, istifadəsi məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirilir.

Nəzarət tədbirləri nəticəsində indiyədək 258 pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsinə şərait yaradılması halları aşkarlanıb. Həmçinin araşdırmalar zamanı 40-a yaxın sahibkarlıq subyektində POS-terminalların quraşdırılmadığı halları müəyyənləşdirilib. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat, ikinci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

"Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, "Elektron ticarət haqqında" Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir", - deyə məlumatda qeyd olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            99 25.11.24 14:01