Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Həbsdə olan generalın müraciəti geri qaytarıldı  |     22:46 İsrail HƏMAS-a bir həftə vaxt verdi  |     22:35 Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”  |     22:25 Boris Conson özünün gətirdiyi qadağaya görə səs verə bilmədi  |     21:59 Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır  |     21:50 Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar  |     21:45 Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslər nə etməlidirlər?  |     21:39 Məmurun təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edildi  |     21:26 Gürcüstan Prezidenti ofşor şirkətlərlə bağlı vergi güzəştlərini nəzərdə tutan qanuna veto qoyub  |     21:05 Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub  |     20:48 Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib  |     20:40 Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb  |     20:35 Filippin sahillərində 5,9 maqnitudada zəlzələ baş verib  |     20:29 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək  |     20:20 Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edib  |     20:14 Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz  |     20:06 Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb  |     19:55 Türkiyə parlamenti idxal edilən qazın LNG formasında satışını dəstəkləyib  |     19:47 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək güclənib  |     19:33 “Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq  |    

Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində bacısını döyməkdə təqsirləndirilən Qamət Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə 28 yanvar 2024-cü il tarixdə, saat 15:30-da Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb.

Belə ki, Qamət Cəfərov ailə üzvləri ilə birgə yaşadığı evdə bacısı, Nanə Cəfərova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının nadinclik edən azyaşlı övladını danlaması olub. Qamət də buna görə bacısına irad bildirib. Nəticədə o, zərərçəkmiş şəxsin üzərinə hücum edib, qəsdən onun sifət, baş, ayaq və bədəninin müxtəlif nahiyələrinə yumruqla ardıcıl zərbələr vuraraq, bacısına yüngül xəsarət yetirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            237 23.04.24 13:08