Xırdalan şəhərində oğurluq hadisəsi baş verib.
Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Məlumatda qeyd olunub ki, oğurluq hadisəsi aprelin 1-də baş verib. Naməlum şəxs bloka daxil olaraq oradakı velosipedlərdən birini aparıb.
“Aprelin 3-də “102 Çağrı Mərkəzi”nə hadisə ilə əlaqədar məlumat vermişəm. Dərhal Abşeron Rayon Polis İdarəsinə dəvət edilərək rəsmi sənədləşmə aparılıb. Lakin artıq bir neçə müddətdir ki, nə rəsmi, nə də şifahi məlumat verilir”, - deyə vətəndaş bildirib.
Qeyd edək ki, hadisə Xırdalan şəhəri, Qara Qarayev küçəsi, bina 75-də baş verib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
Nazirliyin Mətbuat xidməti idarəsinin şöbə rəisi Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə barədə məlumatlıdırlar və araşdırma aparılır.
Videonu təqdim edirik:
//oxu.az