Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bu il yanvarın 5-də Füzuli rayonunun Kürdmahmudlu kənd sakini 2003-cü il təvəllüdlü Azər Allahverdiyevin öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə  Füzuli Rayon Prokurorluğundan məlumat verilib.

İstintaqla 2005-ci il təvəllüdlü Neymət Bayramlının rayonun Aşağı Kürdmahmudlu kəndi ərazisində heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Azər Allahverdiyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Neymət Bayramlıya Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            444 19.04.24 21:10